Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan
Aktual.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu sulah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.
Z.Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu slah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərk götürlüb.
Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Xəbər 317 dəfə oxunub.