“Gəncəbank” ADİF-ə üzv bankların siyahısından çıxarıldı

“Gəncəbank” ADİF-ə üzv bankların siyahısından çıxarıldı

“Gəncəbank” Əmanətlərin Sığortalanması Fonduna (ADİF) üzv bankların reyestrindən çıxarılıb.

Bu barədə ADİF-dən bildirilib. 

“Azərbaycan  Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 saylı qərarı ilə “Gəncəbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 25 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Gəncəbank” ASC 25 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib”, - deyə Fondun açıqlamasında qeyd edilib. 

Bununla da Fonda üzv bankların sayı 41 olub. 

Aktual.Az

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR