Gəncə sakini həmyerlisini bıçaqlayıb

Gəncə sakini həmyerlisini bıçaqlayıb

Gəncə şəhərində həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Report"un Qərb bürosuna DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, aprelin 6-da axşam saatlarında Gəncə şəhər sakini Elnur Hüseynovun qarın nahiyyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.
Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan E.İsmayılov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, E.Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.

*** 
Gəncə şəhərində bıçaqlanma olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini Elnur Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. 
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan E.Hüseynovun vəziyyətinin ağır olaraq qaldığı bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb. 
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR