Gələn il Bakıda 4K televiziya yayımına başlanılacaq

Gələn il Bakıda 4K televiziya yayımına başlanılacaq

"Növbəti illərdə HD yayımdan sonra 4K televiziya yayımının tətbiqinə keçiləcək”.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov "AzTV"-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2018-ci ildə artıq Bakı şəhərində HD yayım ilə bərabər, 4K yayımına başlanması nəzərdə tutulur.
Qeyd edək ki, 4K rəqəmsal televiziyada və kompüter qrafikasında yeni və daha keyfiyyətli yayımdır. Bu yayıma yalnız 4K formatlı televizorlarda baxmaq mümkündür.

Aktual.az
Xəbər 212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR