Gələn il Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq

Gələn il Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq

 "Gələn il Bakı -Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.
O bildirib ki, tikinti ilə bağlı tender elan edilib: "Prosesin iki il çəkməsi gözlənilir. Orada yeraltı və yerüstü keçidlər, həmçinin piyada keçidləri olacaq".
C.Qurbanov növbəti sürət qatarının Qəbələ və Yalama istiqamətində olacağını diqqətə çatdırıb: "Hazırda orda tikintilər gedir. Qəbələyə çəkilən yolu 2019 -cu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Belə ki, texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir".
 
Aktual.az
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR