Gələn il aksiz vergisi üzrə daxilolmalar artacaq

Gələn il aksiz vergisi üzrə daxilolmalar artacaq

2019-cu ildə aksiz vergisi üzrə daxilolmalar 602 mln. manat nəzərdə tutulur.


Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 8,7% çoxdur. Həmin məbləğin 83,4%-i və ya 502 mln. manatı neft sektorunun, 16,6%-i və ya 100 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Qeyri-neft sektoru üzrə aksiz vergisi 2018-ci ilin proqnozu ilə müqayisədə 2,2 dəfə və ya 54 mln. manat çoxdur. "Artıma səbəb Vergi Məcəlləsində dəyişikliklər nəzərə alınmaqla aksizli malların istehsalında və idxalında nəzarət tədbirlərinin güclındirilməsinin proqnozlarda nəzərə alınmasıdır”, - sənəddə vurğulanıb. 

 
Aktual.az
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR