Gələn ay Soçidən Bakıya aviareys açılacaq

Gələn ay Soçidən Bakıya aviareys açılacaq

Rusiyanın "Ural Hava Yolları" şirkəti noyabrın 3-dən Soçi-Bakı-Soçi marşrutu üzrə aviareyslərin yerinə yetirilməsinə başlayacaq. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuşlar hər həftənin şənbə günü "Airbus A-320" markalı təyyarələrlə həyata keçiriləcək. 
Təyyarə Soçidən saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Azərbaycan paytaxtındakı geriyə dönüş isə saat 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq. 
Birtərəfli bilet üzrə minimal tarif 8 154 rubl (təxminən, 210-220 manat) təşkil edəcək. 
 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR