Gediş haqqını nağd şəkildə alan avtobus sürücüsü işdən azad edildi

Gediş haqqını nağd şəkildə alan avtobus sürücüsü işdən azad edildi

Bakıda 88 nömrəli marşrutda nağdsız ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq, bu marşrut üzrə hərəkət edən "10 TH 401" dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib.

Aktual.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qurumun iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E.İsmayılov işdən azad edilib. Həmçinin daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilib, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıblar.

Agentlik bu kimi hallarla bağlı irad, təklif və şikayətləri ALO141 - Nəqliyyatın Ümumi Çağrı Mərkəzi vasitəsilə qəbul edir.
 
Aktual.az
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR