Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır

Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır

"30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur".

Aktual.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.
"Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır. İndiki dövdə qadınlarımız karyera fikirləşir, ailə həyatı arxa plana keçib. Ancaq onlar bilməlidirlər ki, gec ailə həyatı qurmaq və ana olmaq onların həyatını təhlükəyə atır".

Qeyd edək ki, 1996-cı ilin statistikasına görə Azərbaycanda bir ildə 750 qadın süd vəzi xərçənginə yoluxub, ötən il isə bu rəqəm 2 minə çatıb.
 
Aktual.az 
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR