Futbol tarixinin ən yaxşı qapıçısı

Futbol tarixinin ən yaxşı qapıçısı
  • İDMAN

"France Football" jurnalı futbol tarixinin ən yaxşı qapıçısını seçmək üçün oxucular arasında səsvermə keçirib.


Aktual.az-ın "Report"a istinadən məlumatına görə, bu ada İtaliya yığmasının qolkiperi Canluici Buffon layiq görülüb.
O, səslərin 44 faizini toplayıb. Yerli publikanın növbəti sevimlisi Fransa millisinin sabiq qapıçısı Fabyen Bartez olub. Bartezə 17 faiz səs verilib. Üçüncü yeri isə hərəyə 7 faiz səslə əfsanəvi sovet qapıçısı Lev Yaşinlə Almaniya yığmasının sabiq üzvü Oliver Kan tutub.
Qeyd edək ki, jurnalın rəsmi saytında aparılan sorğuda 24548 nəfər iştirak edib.

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR