“Formula-1” biletlərinin qiyməti ilə bağlı - AÇIQLAMA

“Formula-1” biletlərinin qiyməti ilə bağlı   - AÇIQLAMA
  • İDMAN

Qiymətlər dollar əsasında təyin olunub.

Bakı Şəhər Halqası Bakıda ilk dəfə keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə biletlərin qiymətlərində bahalaşmanın olduğuna dair yayılan məlumatlara münasibət bildirib.

Aktual.az xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata görə, yarışla bağlı biletlərin qiyməti dollar əsasında təyin olunub və indiyədək həmin qiymətlərdə hər hansı bir dəyişiklik olmayıb.

Məlumatda qeyd olunur ki, bilet satışının olduğu sayta - https://tickets.bakucitycircuit.com - Azərbaycan ərazisindən daxil olan istifadəçilərin birbaşa, ancaq imtiyazlı qiymətlərə çıxışı olur. Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşları üçün bilet qiymətlərində xüsusi endirimlər (20-40%) tətbiq edilib və biletlərin qiyməti 19-472 dollar (indiki məzənnə ilə 30 manatdan 750 manata qədər) aralığındadır. 19 dollarlıq bilet yarış məkanına bir günlük, digər bütün biletlər isə 3 günlük giriş icazəsi verir. Üçgünlük biletə sahib olanlar, eyni zamanda yarış həftəsonu ərəfəsində keçiriləcək konsert proqramlarında da iştirak edə biləcəklər.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR