Finlandiyanın paytaxtı altında mümkün hərbi münaqişə və ya Rusiyadan qaynaqlana biləcək nüvə təhlükəsi də daxil olmaqla, fövqəladə hallarda əhalinin qorunması üçün nəzərdə tutulmuş genişmiqyaslı yeraltı sığınacaq şəbəkəsi fəaliyyət göstərir.
Aktual.az xəbər verir ki, bu barədə "Taysm” qəzeti "Putin Finlandiyaya hücum edərsə, nüvə sığınacaqları artıq hazırdır...” başlıqlı məqaləsində yazıb.
Məlumata görə, Helsinkinin altında təxminən 5,5 min yeraltı obyekt yerləşir:
"Bu sığınacaqlar təxminən 1 milyon nəfəri qəbul etmək gücünə malikdir. Onların əksəriyyəti ikili istifadə prinsipi üzərində qurulub: dinc dövrdə onlar ictimai və idman məkanları kimi istifadə olunur və zərurət yarandıqda tez bir zamanda qoruyucu sığınacaqlara çevrilə bilər. Yeraltı infrastrukturda uşaqlar üçün oyun otaqları, idman zalları, hovuzlar, qaya dırmanma divarları, buz arenaları, kartinq trasları, həmçinin musiqi kollektivlərinin məşqləri üçün xüsusi otaqlar yerləşir”.
Xəbər 76 dəfə oxunub.