Felps 19 qat Olimpiya çempionu oldu

Felps 19 qat Olimpiya çempionu oldu
  • İDMAN

ABŞ-ın yığması Rio-de-Janeyroda keçirilən Olimpiyadada 100 m məsafəyə sərbəst üsulla üzmə yarışlarında qızıl medal qazanıb.  

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə çempionatın rəsmi saytında məlumat yayılıb.

Maykl Felps, Kaleb Dressel, Rayan Hled və Nat Adrian bu məsafəni 3 dəqiqə 09.92 saniyəyə qət ediblər. 

İkinci 3 dəqiqə 10.53 saniyə göstəricisi ilə Fransadan olan dördlük (Mehdi Metella, Fabyen Jilo, Floran Manodu, Jeremi Stravyu) gəlib. Bürünc 3 dəqiqə 11.37 saniyə göstəricisi ilə gələn Avstraliya nüamyəndələri – Ceyms Robert, Kayl Çalmers, Ceyms Maqnussen, Kameron Makevoy nəsib olub. 

Beləliklə də Felps Olimpiya oyunlarında qızıl mükafatlar qazanmaq üzrə öz rekordunu vurub, beləliklə o, tarixdə yeganə 19 qat çempion olub. Ümumilikdə isə o, karyerası ərzində  Oyunlardan 23 mükafat qazanıb. 

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR