“Facebook“da yeni virus yayılıb - Ehtiyatlı olun!

“Facebook“da yeni virus yayılıb   - Ehtiyatlı olun!

Facebook sosial şəbəkəsində yeni virus yayılıb.

Aktual.az Azvision.az-a  istinadən xəbər verir ki, virus "Profilimə ən son baxanlar" başlığı ilə yayılıb.

Sosial şəbəkə istifadəçilər dostları tərəfindən şəkillər paylaşıldığını zənn edirlər və həmin paylaşıma baxmaq üçün keçidin üzərinə tıklayırlar. Bundan sonra həmin istifadəçinin profili virusa yoluxur və eyni paylaşım həmin istifadəçinin səhifəsində paylaşılır. Bundan əlavə, həmin paylaşıma dostluqda olan istifadəçilər də avtomotik olaraq qeyd edilir. 

Virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamaq məsləhətlidir. 

Əgər həmin məlumatı açmışsınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüteriniz, yaxud telefonunuzda virusun yayılıb-yayılmadığını yoxlayın.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR