Ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

Ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

Gəncədə ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Aktual.az "Trend”ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oöurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Mirməhəmməd İsmayılov, Rövşən Nərimanov və əvvəllər məhkum olunmuş Mehran Hüseynov tutulublar.

Onlar ötən ilin dekabr ayından bu ilin iyul ayınadək olan müddətdə rayon ərazisində 7 evdən, 9 avtomobildən və 1 mağazadan pul, akkumulyator, tikinti materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda ittiham edilir.
 
Aktual.az
Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR