Etibarnamə ilə maşın alanlara - BƏD XƏBƏR

Etibarnamə ilə maşın alanlara  - BƏD XƏBƏR

İnsanlar maşına sahib olmaqla bir çox problemlərdən azad olacaqlarını düşünürlər. Ancaq bir də görürsən ki, əsl problemlər maşını alandan sonra meydana çıxır. Etibarnamə satın alınan avtomobilin sonradan üçüncü şəxsə satılmasına imkan verir. Ancaq bu sənəd avtomobilin şəxsiləşdirilməsi anlamına gəlmir. Bu səbəbdən etibarnamə ilə avtomobil alan bəzi insanlar sonradan müəyyən problemlərlə üzləşirlər.

Etibarnaməni notariat orqanları verir. Bu zaman satın alan şəxsə avtomobil haqqında hər hansı məlumat verilmir. Yəni avtomobilin üzərində həbs və ya ödənilməmiş cərimə varsa, bundan xəbər tutmayacaqsınız.
Günümüzdə əksər insanlar məhz bu yolla atvomobili satın almağa üstünlük verirlər. Səbəb bunun daha rahat və ucuz başa gəlməsidir.

Etibarnamə əslində insana etibarlı şəkildə avtomobilə sahiblənmək imkanı vermir. Daha etibarlı vasitə isə nəqliyyat vasitəsini öz adınıza rəsmiləşdirməkdir, əgər xoşagəlməz sürprizlərlə üzləşmək istəmirsinizsə...

// Aktual.az

Xəbər 13748 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR