Ermənistanın 4 hərbçisinin ölüm səbəbi açıqlanıb

Ermənistanın 4 hərbçisinin ölüm səbəbi açıqlanıb

Ermənistan Baş Prokurorluğu 4 hərbçinin ölüm səbəbini açıqlayıb.


Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.

Bildirilib ki, cari il yanvarın 1-dən fevralın 20-dək Ermənistan ordusunun 4 hərbçisinin ölüm faktı öz təsdiqini tapıb. Baş Prokurorluq vurğulayıb ki, onların ölümü xidməti vəzifəsi ilə bağlı deyil: "Hesbat dövründə onlardan ikisi xəstəlikdən, ikisi isə yol-nəqliyyat hadisəsi nəticəsində ölüb”.

Məlumata görə, müqavilə əsasında xidmət edən Q.Q.Çobanyan cari il yanvarın 1-də Yerevan-Noyemberyan avtomobil yolunda baş vermiş avtomobil qəzası nəticəsində, yanvarın 6-da hipertoniya və ürəyin işemiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən gizir S.Q.Gevorkyan isə bir müddət sonra ölüb. Müqavilə əsasında sıravi hərbçi X.S. Gevorkyan yanvarın 13-də İran vətəndaşının idarə etdiyi yük maşını ilə toqquşub və bir müddət sonra ölüb. Polkovnik-leytenant K.T.Lalayan isə təcili tibbi yardım maşınında xərçəng xəstəliyindən ölüb.

Xatırladaq ki, Ermənistan KİV-i cari ilin əvvəlində orduda ölən hərbçilərin sayının gizlədilməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, 2018-ci ildə Ermənistan ordusunun 63 hərbçisi müxtəlif şəraitlərdə ölüb.

 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR