​Ermənistanda qrip epidemiyaya çevrilib

​Ermənistanda qrip epidemiyaya çevrilib
  • DÜNYA

Gürcüstan vətəndaşı Ermənistanda Mikaelyan adına Cərrahiyyə İnstitutunda qripdən ölüb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, o, əvvəlcə Ermənistanın Gümrü şəhər xəstəxanasına yerləşdirlib, bir müddət sonra adıçəkilən instituta köçürülüb.
Rəsmi mənbələrin məlumatına görə, bu hadisə nəzərə alınmazsa, Ermənistanda tənəffüs yollarının yoluxucu virusa yoluxmuş 3 xəstənin halı ağırlaşıb.
Qeyd edək ki, Ermənistanda "H1N1" ("Donuz qripi") virusu ilə bağlı altıncı ölüm faktı qeydə alınıb.
İnformasiyaya əsasən, qrip epidemiya halını alıb.
Anait Aytayan onu da qeyd edib ki, hazırda xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşidirlib. Onlardan 219-una pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər reanimasiya şöbələrindədir.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR