Ermənistanda parlament seçkilərinin ilkin nəticələri

Ermənistanda parlament seçkilərinin ilkin nəticələri

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.
 
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.
İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə "Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra "Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan "Yelk” "Daşnaksutyun” partiyasını (6,74%)  qabaqlayıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.
***
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir.
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 506 məntəqədən protokollar MSK-ya daxil olub.
İlk yeri səslərin 59,12%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə, əvvəlki kimi,  "Tsarukyan” bloku (26 %), üçüncü pillədə isə "Daşnaksutyun” partiyası (7,36%)  qərarlaşıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.
***
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.
 
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 106 məntəqədən protokollar MSK-ya daxil olub.
İlk yeri səslərin 59,99%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə "Tsarukyan” bloku (22,12%), üçüncü yerdə isə "Daşnaksutyun” partiyasıdır (8,37%).
Digər partiya və bloklar 4%-dən az səs toplaya bilib.
Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR