Ermənistanda koronavirusdan ölənlərin sayı 28-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 28-ə çatdı

Ermənistanda son sutkada koronavirusdan daha bir ölüm hadisəsi qeydə alınıb.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, 71 yaşlı pasiyent koronavirusun qurbanı olub.
Məlumata görə, son sutkada Ermənistanda 81 yoluxma hadisəsi qeydə alınıb. Bununla da aprelin 25-nə olan məlumata əsasən, ölkə üzrə virusa 1 677 nəfər yoluxub, pandemiyadan 28 nəfər ölüb. 803 pasiyent isə sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Bildirilib ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 2 790 986 nəfərdir. Bu virusdan 781 382 nəfərin sağaldığına dair məlumat yayılıb. Dünya üzrə koronavirusun qurbanlarının sayı isə 195 920-yə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR