Ermənistanda kəndlilər üsyan edirlər

Ermənistanda kəndlilər üsyan edirlər
  • DÜNYA

Ermənstanda Armavir vilayətinin Sardarapat kənd sakinləri yerli hakimiyyət orqanlarına qarşı etiraz aksiyası keçirib. 

Aktual.az azvision.az-a istinadən xəbər verir ki, buna səbəb son iki ay ərzində kəndin əkin sahələrinə suyun verilməməsidir.
Kəndlilər deyir ki, hazırda 50-dək təsərrüfatın meyvə bağları susuzluqdan məhv olmaq üzrədir.
Kəndlilər bu günə qədər öz sahələrini Axuryan su anbarından istifadə edərək sulayıblar. Lakin hazırda anbarda su yoxdur. 

Digər problem yığılan meyvələrin alıcısının olmamasıdır. Kəndlilər bildirib ki, mövsümü yığılan meyvə satılmadığından xərclədikləri vəsaiti əldə edə bilmirlər. Bu isə bir çox fermerlərin müflisləşməsinə gətirib çıxarır. Armavir vilayət rəhbərliyinə edilən müraciətlər isə nəticəsiz qalıb. 
 
Aktual.az 
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR