Ermənistanda hərbçilərin və dövlət məmurlarının əməkhaqqları azaldılıb

Ermənistanda hərbçilərin və dövlət məmurlarının əməkhaqqları azaldılıb
  • DÜNYA

Ermənistan hökuməti dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı yaranan problemi işçiləri ixtisar etməklə deyil, dövlət qulluqçularının əməkhaqqını azaltmaqla həll etmək qərarına gəlib.


"Report" xəbər verir ki, "İravnuk" qəzeti dövlət məmurlarının əməkhaqqlarındakı azalmanın 40 faizə çata biləcəyini yazıb.

Nəşrin məlumatına görə, Ermənistan ordusunun zabitlərinin maaşları da dövlət qulluqçularının əmək haqqı səviyyəsinə endirilib.

Bu tədbirlər ölkənin yeni hökumətinin üzləşdiyi maliyyə problemləri ilə bağlıdır.

 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR