Ermənistan ordusunun hazırkı durumu: Əsgərlərə ərzaq çatmır

Ermənistan ordusunun hazırkı durumu: Əsgərlərə ərzaq çatmır
  • DÜNYA

Ermənistanın "Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında "Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.

Aktual.az  Azərtac-a istinadən xəbər verir ki, ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur.
Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildiriblər.
Bunu nəşrin müəlliflərindən olan Anna İşxanyan jurnalistlərlə söhbəti zamanı bildirib.
 
Aktual.az
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR