Ermənistan bir həftədə 8 hərbçisini itirdi - SİYAHI

Ermənistan bir həftədə 8 hərbçisini itirdi   - SİYAHI

25 aprel -1 may tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 7 hərbçisi məhv edilib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfi ötən həftə Talış yüksəkliyi ətrafında gedən döyüşlərdə daha çox itki verib. Ordumuzun cavab zərbələri nəticəsində məhv edilən erməni hərbçilər bunlardır:

25 yaşlı Aşot Zöhrabyan,
24 yaşlı Tiqran Poqosyan,
44 yaşlı Aram Aruşunyan,
20 yaşlı Ayk Minasyan,
19 yaşlı Qarik Movsisyan,
48 yaşlı Vazqen Arutyunyan
20 yaşlı Sarkis Kasparyan

Qeyd edək ki, Sarkis Kasparyan aprelin 29-da cəbhə xəttində gedən döyüşlərdə yaralanıb. O, mayın 2-də hərbi hospitalda ölüb.

Bundan əlavə daha bir erməni hərbçinin cəsədi hərbi hissələrin birində aşkar edilib. Rəsmi məlumata əsasən hərbçi Ovanes Petrosyanın cəsədi “QAZ-66” markalı avtomobilin banında aşkar edilib.

Ümumilikdə ötən həftə ərzində Ermənistan ordusu 8 hərbçisini itirib.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR