Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil – Mirzoyan

Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil – Mirzoyan

Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil, ölkənin təşkilatdan çıxarılması məsələsi birtərəfli şəkildə müzakirə edilə bilməz.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya baş nazirinin müavini Aleksey Overçukun "Aİİ və AB-yə üzvlük bir araya sığmaz və Ermənistan bunu çox yaxşı başa düşür” sözlərini şərh edərkən deyib.
"Ermənistanın Aİİ-dən çıxması məsələsi, İrəvanın özü belə bir tələb irəli sürməyincə və belə bir istəyi ifadə etməyincə müzakirə edilə bilməz. Biz belə bir istəyi ifadə etməmişik. Buna görə də, bizim kənarlaşdırılmamız məsələsi müzakirə edilə bilməz. Nizamnamədə bu nəzərdə tutulmayıb”, - o bildirib.
Ermənistanın müvafiq qərarı nə vaxt verə biləcəyi ilə bağlı suala Mirzoyan belə cavab verib:
"Bu məsələni müzakirə edib qərar qəbul etmək üçün belə bir ehtiyac yarandıqda, qərar qəbul edəcəyik. Vaxt barədə danışa bilmərəm. Bizim gündəmimizdə belə bir məsələ yoxdur”.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR