“Ermənilər bundan artıq rəzil olmaq istəyirlərsə onu da görəcəklər” – DEPUTATLA MÜSAHİBƏ

“Ermənilər bundan artıq rəzil olmaq istəyirlərsə onu da görəcəklər” – DEPUTATLA MÜSAHİBƏ

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayevin 7NEWS.az-a verdiyi müsahibəni təqdim edirik.

Elşən müəllim, son günlər Qarabağ ətrafında erməni təxribatı yenidən baş qaldırmaqdadır. Prosesə müxtəlif cür şərh verənlər, eyni zamanda hadisələrlə bağlı fərqli proqnoz yürüdənlər var. Sizin fikriniz bu istiqamətdə maraqlıdır. Əsas səbəb və ya məram nədir?

Erməni heç bir zaman səbəb və ya əsas axtarışında olmayıb. Bunların problemi məntiq və xislət problemidir. Təxribat isə erməninin canındadır, qanındadır. Zaman-zaman belə təxribatlar olub və hər zaman da gözləniləndir. Amma düşmən tərəf nə edirsə etsin, bundan sonra əsla və əsla məqsədinə nail ola bilməyəcək. Qarabağ problemi artıq keçmişdə qalıb. Torpaqlarımız işğaldan azad olunub. Ən əsası isə, əsgərlərimiz, qəhrəman oğullarımız vətəni, doğma Azərbaycanı göz bəbəyi kimi qoruyurlar. Yəni, qarşı tərəfdən nə təxribat olsa düşmənin öz başında çatlayacaq.

Anti-terror əməliyyatlarının vüsət almasını necə, gözləyirsinizmi?

Mən düşünürəm ki, hal-hazırda ciddi narahatlığa əsas yoxdur. Müdafiə Nazirliyimiz də bu gün açıqlama yaydı ki, hər şey nəzarətdədir. Rəsmi mənbə nə deyirsə ona istinad etmək lazımdır. Amma nə zaman anti-terror əməliyyatlarının keçirilməsinə ehtiyac yaranacaqsa, təbii bu olacaq. İndiyə qədər də həmin tədbirlər, əməliyyatlar bir neçə dəfə keçirilib, düşmən tərəfin həmlələrinin qarşısı alınıb. İndi isə vəziyyət düşünürəm ki, xüsusi kritika daşımır. Çünki, erməni bu dəqiqə öz başına çarə axtarır. Hə, mümkündür ki, öz ölkələrindəki xaosdan, iqtisadi və siyasi tənəzzüldən fikri yayındırmaq üçün ermənilər Qarabağda müxtəlif təxribatlara əl atsınlar. Bu, onların köhnə metodudur. Amma dediyim kimi: erməni nə etsə öz başında çatlayacaq. Zatən müharibədə rəzil olublar, məhv olublar. Bundan artıq rüsvayçılıq istəyirlərsə, onu da görəcəklər və yaşayacaqlar.

Sizcə erməni tərəfi Zəngəzur dəhlizinin açılması da daxil, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəkmi?

Onların başqa şansı yoxdur. Əməl etmək istəməsə əməl etdirəcəyik. Azərbaycan indi o qədər güclüdür ki, regionda nüfuzumuz o qədər yüksəkdir ki, erməni bu gücün və nüfuzun qarşısında heç nə edə bilməz. Diktə edən tərəf bizik. Ədalətli olan tərəf bizik. Qalib tərəf bizik. Ermənistan artıq bu reallığı qəbul etməli, təxribatlardan uzaq durmalı, öz mənfur xislətindən çəkinməli, normal qonşuluq münasibətləri haqda düşünməlidir.
Xəbər 600 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR