Erməni hərbçilər qəzaya düşdülər - 12 yaralı

Erməni hərbçilər qəzaya düşdülər - 12 yaralı

Bu gün səhər saatlarında Ermənistanın Qeqarkunik vilayətində ağır yol qəzası baş verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinə məxsus hərbi avtobus aşıb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət aparan 12 hərbçi xəsarət alıb. Yaralılar hospitala köçürülüb. Qəza baş verən zaman avtobusda 30 hərbçi olub.
 
Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır.
 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR