Erməni əsilli ABŞ vətəndaşı 32 cinayətdə ittiham olunur

Erməni əsilli ABŞ vətəndaşı 32 cinayətdə ittiham olunur
  • DÜNYA

Los-Anceles şəhərində həbs olunan erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan 32 ittiham bəndi, o cümlədən qətl törətmək ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 34 yaşlı A.Qasparyan Kaliforniya ştatında bir sıra cinayətlər törətməkdə ittiham olunur.
Ona qarşı qətl törətmək, 11 dəfə qətl hadisəsi törətməyə cəhd, 6 qarət, 5 dəfə avtomobili atəşə tutmaq, 2 dəfə nəqliyyat vasitəsini qaçırmaq, adamların üstünə maşın sürmək, qanunsuz odlu silah gəzdirmək, hücum etmək və başqa cinayətlər üzrə ittiham irəli sürülüb.
Məlumata görə, o, bir qadını və üç uşağı avtomobillə vurub hadisə yerindən qaçmaq istəyərkən, polisin açdığı atəş nəticəsində yaralanıb tutulduğundan məhkəmə iclasına əlil arabasında gətirilib.
Erməni əsilli ABŞ vətəndaşının işi üzrə məhkəmənin növbəti iclası fevralın 15-də keçiriləcək. Prokurorun ona ölüm hökmü istəyəcəyi gözlənilir. 
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR