Lazımi şərtlər yaranarsa, Türkiyə hakimiyyəti qonşu Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra deyib.
"Paşinyan hökuməti münasibətlərin normallaşdırılması istiqamətində çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə bir çox mühüm addım atılıb, o cümlədən birbaşa ticarət və hava nəqliyyatının qurulmasına dair. Yeni dövrdə görüləsi işlər də aydındır. Bunun üçün lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq”, - o bildirib.
Xəbər 47 dəfə oxunub.