Elton Məmmədov: “Avropa Parlamenti yerində oturmalıdır”

Elton Məmmədov: “Avropa Parlamenti yerində oturmalıdır”

“Avropa Parlamenti ilk dəfə deyil ki, ölkəmizə qarşı qərəzli mövqe tutur. Hesab edirəm ki, artıq buna etiraz etməyin zamanı çatıb”.

Bu sözləri Aktual.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.

Onun sözlərinə görə, Milli Məclisin növbədənkənar sessiyasında bu məsələ geniş müzakirə olunacaq:

“Bu bir daha göstərdi ki, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin Azərbaycanla bağlı hesabatları vahid mərkəzdən idarə olunur. Onlar Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurları həzm edə bilmirlər. Müəyyən dairələrin sifarişi, maliyyəsi ilə saxta hesabat və rəylər hazırlayırlar. Onları buna vadar edən erməni lobbisidir. Özünü “demokratiyanın beşiyi” adlandıran Avropa Parlamenti erməni lobbisinin bir-iki səsinə və puluna görə, saxta hesabat yayırsa, bu artıq onların mahiyyətini ifşa edir. Milli Məclisin bazar ertəsi keçiriləcək sessiyasında bu məsələ geniş müzakirə olunacaq və ən sərt formada Avropa Parlamentinə cavab veriləcək. Nəhayət Avropa Parlamenti yerində oturmalıdır və saxta, qərəzli mövqeyindən əl çəkməlidir”.

Adnan/Aktual.az

Xəbər 3235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR