Elmar Məmmədyarov: "Azərbaycan Kosta-Rika ilə münasibətlərə böyük önəm verir"

Elmar Məmmədyarov:

Azərbaycan Latın Amerikası ölkələri, o cümlədən də Kosta-Rika ilə münasibətlərə olduqca böyük önəm verir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov kosta-rikalı həmkarı Manuel Qonsales Sansla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, Kosta-Rika XİN rəhbərinin Azərbaycana ilk səfəridir: "Biz ikitərəfli əməkdaşlığın bütün spektrini, eləcə də beynəlxalq arenada qarşıqlı əlaqələri müzakirə etdik".

E.Məmmədyarov qeyd edib ki, XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər arasında vizasız rejim və turizm sahəsində əməkdaşlıq məsələləri də olub.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR