Əliyevlə Sarkisyan görüşəcəkmi? - Nazirdən açıqlama

Əliyevlə Sarkisyan görüşəcəkmi?   - Nazirdən açıqlama

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəkləri tarix məlum olub.

Aktual.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər.

Onun sözlərinə görə, oktyabrın 26-da vasitəçilər Yerevana gələcəklər, oktyabrın 28-də isə Bakıda görüşlər keçirəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə jurnalistlərin sualını cavablandıran xarici işlər naziri bu məsələ ilə bağlı tələsməməyə çağırıb və bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş zamanı məsələnin müzakirə olduğunu xatırladıb.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR