Elektrik enerjisinin qiyməti dəyişəcək?

Elektrik enerjisinin qiyməti dəyişəcək?

"Azərenerji" ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir.

"2016-cı ilin dekabrında "Azərenerji" ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - deyə agentliyin mütəxəssisləri bildirib.
 
S&P qeyd edib ki, sonuncu tarif artımı "Azərenerji" ASC-nin maliyyə nəticələrinə təsir etməyib: "Bizim proqnozlarımıza əsasən, şirkətin əməliyyat fəaliyyəti gəlirli olacaq. Buna baxmayaraq, ümumilikdə şirkət zərərlə fəaliyyət göstərməyə davam edəcək".
 
Aktual.az 
Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR