Əhalinin banklardakı əmanətlərin həcmi açıqlandı

Əhalinin banklardakı əmanətlərin həcmi açıqlandı

30 sentyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,201.8 mln. manat, kredit portfeli 11,901.4 mln. manat, cəmi öhdəlikləri isə 25,089mln. manat təşkil edib. 

Bu barədə Aktual.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Bildirilib ki, sektorun balans kapitalı 4,112.8 mln. manat olub. 2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1,074.7 mln. manat), öhdəlikləri 4.2% (1,011.5 mln. manat), balans kapitalı isə 1.6% (63.2 mln. manat) artıb. Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 mln. manat) artım olub.Sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2% (175 mln. manat) artaraq 8,114.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 mln. manat əməliyyat mənfəəti, 171.8 mln. manat xalis mənfəət generasiya edib.Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı     2 479 olub. Bank  sektorunun  işçi  heyəti  sentyabr  ayında  0.8% (138 nəfər) artaraq 17 066  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5% (895 nəfər) artıb.30 sentyabr 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika ).  

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR