Egey sahillərində tapılan meyitlərin sayı - 34-ə çatdı

Egey sahillərində tapılan meyitlərin sayı   - 34-ə çatdı
  • DÜNYA

Türkiyənin Egey sahillərində tapılan miqrant meyitlərinin sayı 34-ə çatıb. 

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bundan əvvəl 21 mühacirin meyitinin tapıldığı bildirilmişdi. Məlumata görə, Yunanıstanın Lesbos adasına getmək istəyən miqrantların bir neçə qayığı aşıb. İlkin məlumata görə, söhbət iki insidentdən gedir. Qayıqların və onların göyərtəsində olan miqrantların dəqiq sayı məlum deyil.

Meyitlər iki müxtəlif yerdə aşkarlanıb. 24 cəsəd Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10 nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib.

Məlumata görə, birinci insidentdə ölənlərin İraq, Əlcəzair və Suriya vətəndaşları olduğu bildirilir, ikinci insidentin qurbanlarının vətəndaşlığı barədə məlumat verilmir.


Axtarışlar davam etdirilir. Əməliyyata qayıqlar və helikopter cəlb olunub. 

Aktual.az

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR