Əfqanıstanda seçki məntəqəsində partlayış: 1 uşaq ölüb, 29 nəfər yaralanıb

Əfqanıstanda seçki məntəqəsində partlayış: 1 uşaq ölüb, 29 nəfər yaralanıb
  • DÜNYA

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib. 
"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.

*** 
Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlik açıqlanmır.
Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR