Dövrün bəlasına çevrilən xəstəliklərlə bağlı təlim - FOTO

Dövrün bəlasına çevrilən xəstəliklərlə bağlı təlim - FOTO

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı  "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində özünün dördüncü  təlimini 04 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi rayonunun 135 saylı tam orta məktəbində təşkil etdi. Təlimdə orta məktəbin doqquzuncu sinif şagirdləri iştirak etdi.  Təlimin məqsədi ağır yoluxucu xəstəliklərin (Hepatit B və Hepatit C, vərəm, İİV/QİÇS)  yayılmasının qarşısının alınmasına  müəyyən dərəcədə köməkliyin göstərilməsi idi.

Təlimi giriş sözü ilə "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin təsisçisi doktor Fikrət Xəlilov açıb təlimin məqsəd və məramı haqqında, habelə donor təşkilat barəsində qısaca məlumat verdi. 

Qeyd edək ki, bu təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rauf Həsənov  və yerli Bələdiyyə İdarəsinin səlahiyyətli nümayəndəsi İradə xanım iştirak etdi.

Layihənin eksperti həkim-infeksionist Solmaz Mirzəyevaya dövrümüz bəlasına çevrilmiş olan ağır yoluxucu xəstəliklər- Hepatit B  və Hepatit C, İİV/ QİÇS və vərəm haqqında məlumat verərək sözü gedən xəstəliklərin əlamətləri və həmin xəstəliklərə yoluxma yolları haqqında geniş məlumat verdi. Təlim şagirdlərdə böyük maraq doğurduğundan çoxlu sual-cavaba səbəb oldu.

Təlimin sonunda Binəqədi rayonunun İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rauf Həsənov və yerli Bələdiyyə İdarəsinin nümayəndəsi İradə xanım təlim iştirakçılarına öz təşəkkürlərini bildirdilər .
Xəbər 167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR