Dövlət strukturlarının borclarının qaytarılması üçün görüləcək tədbirlər

Dövlət strukturlarının borclarının qaytarılması üçün görüləcək tədbirlər

Azərbaycan hökuməti dövlət strukturlarının borclarının qaytarılmasını təmin etmək üçün daha təsirli tədbirlər görəcək.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında 2016-cı il və növbəti 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə əsasən, bir çox dövlət strukturları maliyyəni dövlət büdcəsindən alır: "Lakin nəzərə almaq lazımdır ki, onlardan bəzilərinə kifayət qədər (maliyyə - red.) azadlıq vermək olmaz. Məsələn, bu, su və enerji sahələrindəki dövlət müəssisələrinə aiddir. Tarif Şurası onların xidmətləri üzrə tarifləri müəyyənləşdirir".

S.Şərifov qeyd edib ki, hökumət, ilk növbədə, onların sosial, sonra isə iqtisadi səmərəliliyinə baxır: "Biz istəmirik ki, bu (yüksək tariflər - red.) əhali üçün problemlər yaratsın, buna görə də ehtiyatlı tarif siyasəti yürüdürük".\trend

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR