Dövlət büdcəsi ilə bağlı qanun layihəsi I oxunuşda qəbul olundu

Dövlət büdcəsi ilə bağlı qanun layihəsi I oxunuşda qəbul olundu

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.
Aktual.az xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4%, proqnozdan isə 2,2% çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4% çox, proqnozdan isə 6,8% azdır.
İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45%-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.
Xəbər 68 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR