Düşmən oktyabr ayında atəşkəsi 628 dəfə pozub

Düşmən oktyabr ayında atəşkəsi 628 dəfə pozub

Erməni silahlı bölmələri oktyabr ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 628 dəfə pozub.

"Report"un xəbərinə görə, atəşkəs rejimi ən çox oktyabrın 31-də pozulub. Həmin gün erməni silahlı bölmələri atəşkəsi 45 dəfə pozub.

Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Bu müddət ərzində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində iki monitorinq keçirilib, monitorinqlər insidentsiz başa çatıb.

Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR