"Apple" şirkətinin prezidenti Tim Cook, "Apple" şirkətinin nüfuzunu zəiflədib. Bunu isə, sonuncu paylaşdığı fotoşəkillə edib.
Uzun müddətdir ki, "Sony" şirkətindən sonra ikinci sırada gələn "iPhone" kameraları, öz nüfuzunu itirməkdədir. "Apple" şirkətinin prezidenti tərəfindən çəkilmiş fotoşəkil, sosial şəbəkələrdə geniş müzakirə edilməkdədir. Fotoşəkilin aydın halda çəkilməməsi və Tim Cookun rəsmi səhifəsində paylaşılması təəccüb yaratdı. Status olaraq açıqlamada: "Bu şəkili "iPhone 6s" modeli ilə çəkmişəm"- deyərək paylaşılan fotoşəkil, "iPhone" cihazlarının nüfuzunu zəiflədib. Tim Cook isə, tənqidlərə baxmayaraq, "iPhone 6s" modeli ilə çəkilmiş şəkili paylaşmağa davam edib. "Apple" şirkəti isə, tənqidlərin şirkət tərəfindən dəyərləndiriləcəyi açıqlanıb.