Dünyanın ən çoх qazanan futbol klubları

Dünyanın ən çoх qazanan futbol klubları
  • İDMAN

"Deloitte" şirkəti araşdırma aparıb.

"Deloitte" şirkəti 2015-ci ildə ən çoх gəlir əldə edən 20 futbol klubunun adını açıqlayıb.

Aktual.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, siyahıya ötən il olduğu kimi Madridin "Real" klubu başçılıq edir (557 milyon avro).

"Real"dan sonra ən çox qazanan klub “Barselona” klubudur (560,8 milyon avro). Üçüncü yerdə isə İngiltərənin “Mançester Yunayted” klubu qərarlaşıb (519,5 milyon avro).

İlk onluqda həmçinin “Pari Sen Jermen” (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti”, ”Arsenal”, “Çelsi”, “Liverpul” (İngiltərə) və “Yuventus” yer alır.

Qeyd edək ki, 20 ən çox qazanan klubların siyahısında İngiltərə premyer-liqasının 9 təmsilçisinin adı var.

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR