Dünyada koronavirusdan sağalanların sayı 1 200 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 200 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 200 282 nəfərə çatıb.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ-da qeydə alınıb – 188 068.
Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 265-ə çatıb. 252 420 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR