Dunay çayında suyun səviyyəsinin azalması gəmiçiliyə mane olur

Dunay çayında suyun səviyyəsinin azalması gəmiçiliyə mane olur
  • DÜNYA

Dunayda suyun səviyyəsinin azalması çayın Macarıstandan keçən hissəsində ötürücülük qabiliyyətini üçdəiki dərəcədə azaldıb.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, avqust ayında yüksək temperatur və quraqlıq nəticəsində Dunayın suyu azalıb. Hazırda çayın Budapeştdən keçən hissəsində su səviyyəsi 93 santimetrdir.

Macarıstanın MTI informasiya agentliyinin məlumatına görə, Dunay çayının Budapeştdən keçən hissəsində suyun ən az səviyyəsi 2003-cü ildə (51 santimetr) qeydə alınıb.

Macarıstanın daxili su yolları ilə daşımalar assosiasiyasının prezidenti Atilla Bençik deyib ki, hər gün zərərləri artan gəmiçilik şirkətləri öz yükləri ilə suyun səviyyəsinin qalxmasını gözləyir, yaxud mallarını daha kiçik gəmilərə və yük avtomobillərinə yükləyirlər. O əlavə edib ki, Dunay çayının bəzi hissələrində, məsələn, Almaniyada gəmilər hətta yükü boşaltdıqdan sonra da hərəkət edə bilmirlər.

 

Sərnişin gəmiçiliyi şirkətinin direktoru Qabor Şpanik bildirib ki, çayda suyun səviyyəsinin aşağı olması Budapeştdən şimala doğru

hissələrində gəmiçiliyi dayandırıb. Direktor vurğulayıb ki, bəzi kruiz gəmiləri Komaromdan (Macarıstanın şimal-qərbində Slovakiya ilə sərhəd) o tərəfə axınla üzə bilmirlər.

 
Aktual.az 
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR