“Dubaya aparılanda bakirəliyim pozulmamışdı” - Şok etiraf

“Dubaya aparılanda bakirəliyim pozulmamışdı” -   Şok etiraf

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1961-ci il təvəllüdlü Əkbərzadə Gülnarə Musa qızının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Aktual.az xəbər verir ki, qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər ifadə verib.

Zərərçəkən Fərqiyə Bağırova ifadəsində bildirib ki, G.Əkbərzadəni 2006-cı ildən tanıyır: “Məni 2006-cı ildə Gülnarə ilə Sima xanım tanış etdi. Dedi ki, iş var, gedib işləyərsiz. Məni burdan birinci Türkiyəyə apardılar. Viza probleminə görə noyabrın 29-dan dekabrın 13-ə kimi Türkiyədə qaldım. Dekabrın 13-də ordan Dubaya getdik. Elə çatan günü məni bara göndərdilər, dedilər get işə başla. Əvvəl razı olmadım, dedim mən bura buna görə gəlməmişəm. Sonra məcbur olub işlədim. Birinci dəfə altı ay işlədim, 2007-ci ilin may ayında qayıtdım. Gülnarə pulumuzu gecikdirirdi, evə pul göndərə bilmirdim. Mənə ancaq yemək verirdi, bir də dişlərimi düzəltdirdi”.

Fərqiyə Bağırova sonradan isə tək işləməyə qərar verib: “2007-ci ilin iyulun 12-də özüm Dubaya getdim. Bir həftə oteldə qaldım. Bu dəfə nəyə getdiyimi də bilirdim. Tək işləmək istəyirdim, işlədim də. Çünki gördüm Gülnarə pul verən deyil”.

F.Bağrova deyib ki, bu şəbəkənin xarici dil problemlərini və qiymət məsələlərini həll edən meneceri də var: “Zəminə bizim menecer idi, müştəri ilə ünsiyyətdə dil problemi yarananda o kömək edirdi. Bütün məsələləri isə Gülnarə həll edirdi, viza, bilet, yol pulu, orda qalmaq filan”.

Fərqiyə Bağırova 1500 dollardan günə 4-5 kişi qəbul etdiyini deyib: “Bəzən elə olurdu bir kişi ilə görüşmək 150 dollar olurdu, amma bütün günü görüşəndə 1500 dollar verirdilər. Orta qiymət 500 dollar idi. Gündə 4-5 kişi ilə görüşürdüm. Hər gün işləyirdim. Gülnarənin özünün sevgilisi var idi, amma kişilərlə görüşüb-görüşmədiyini bilmirəm. Qiyməti isə menecer danışırdı”.

Fərqiyə Bağırova bildirib ki, Dubaya getmədən öncə Antalyada işləyib: “Orada Çiçək kafesində ofisiant işləyirdim, bu işlə məşğul olmurdum. Dubaya getməzdən öncə evli idim, ailəm vardı”.

Gülnarə Əkbərzadə deyib ki, Fərqiyə bəzi hissələrdə yalan danışır: “O özü Bakıda olanda ora nə üçün getdiyini bilirdi. Qiyməti də yalan deyir, 1500 dollara iş olar?! Cəmi 400-500 dollar idi. Özünə də pul verirdim, anasına göndərirdim. Dişlərini də düzəltdirmişəm”.

Fərqiyə Bağırova təqsirləndirilən şəxsin ifadəsinə belə reaksiya verib: “Düzəltdirdiyin dişlər budur da, hamısı tökülür”.

Məhkəmədə qeyd olunub ki, istintaq materialına əsasən Fərqiyə 2004-cü ildən bu işlə məşğul olub: “Dubaydan öncə Türkiyəyə gedib-gəlməyin, orada qədim peşə ilə məşğul olmağın, hamısı qeyd olunub”.

Fərqiyə Bağırova bildirib ki, Gülnarədən halal pulunu istəyir: “Ondan tələbim budur ki, 6 aylıq işimin pulunu versin, zəhmət haqqımı qaytarsın. Menecerlə bu mənim pulumu yeyiblər”.

Hakim bildirib ki, fahişəlik qanunda müdafiə olunan peşə deyil, buna görə də məhkəmə onun vəsatətini qəbul edə bilməz: “Bu məsələni özünüz həll edərsiniz”.

Hakimin hazırda bu işlə məşğul olub-olmaması haqda sualına F.Bağırova belə cavab verib: “Xeyr, cənab hakim, özünüz də yoxlaya bilərsiniz”.

Bundan sonra digər zərərçəkən Turanə Həsənova ifadə verib. 

T.Həsənova bildirib ki, onu Dubaya hazırda həbsdə olan Sevinc Qasımova aparıb: “2007-ci ilin may ayında Sevinc məni Dubaya apardı. Dedi ki, orada dükanda satıcı işləyəcəyəm. Məni Gülnarə ilə tanış etdi. Onda mənim 18 yaşım tamam olmamışdı. Mən ora gedənə kimi bu işə məcbur ediləcəyimi bilmirdim. Dubayda bunu biləndə Sevinc ilə savaşdım, razı olmadım. Gülnarə dedi ki, onda mənim sizə çəkdiyim xərcləri qaytarın, çıxıb gedin. Dedilər get işlə, qazan, pulumuzu ödə, sonra çıx get. Mən razılaşmadım. Gülnarə Sevincə dedi ki, onu salın otağa, yemək, su verməyin. Dörd gün məni ac-susuz saxladılar. Sonra gördüm dözə bilmirəm, bunlara yalandan dedim ki, razıyam kişilərlə görüşməyə. Məni bir bara apardılar, orada qızlardan birindən gizlicə telefon alıb Azərbaycandakı tanışlara zəng etdim. Sonra orada da dava salıb kişilərlə görüşmədim, evə qayıtdım. Evdə olanda gördüm Gülnarə iki hindistanlı oğlanı otağa göndərib, 200 dollar da pul vermişdilər. Oğlanlar birgə oradan qaçdım, qarajda gizləndim. Sevinc gəlib tapdı, mən ağladım. Sonra məni Azərbaycana qaytardılar, burada da tanışlar qarşıladı. Mən cəmi bir dəfə getmişəm, ondan sonra heç yerə getməmişəm. Dubayda da 5 gün qaldım, heç bir kişi ilə də görüşmədim. Dubaya aparılanda da qızlıq bakirəliyim pozulmamışdı”. 

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

 
Xəbər 3057 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR