Donuz qripindən 3 nəfər öldü - Türkiyədə

Donuz qripindən 3 nəfər öldü   - Türkiyədə
  • DÜNYA

Türkiyənin Adana şəhərində H1N1 virusu (donuz qripi) şübhəsiylə müalicə altına alınan 2-si Suriya vətəndaşı və biri türk vətəndaşı olan 3 nəfər həyatını itirib. Adana valisi Mustafa Böyük, ölən 3 nəfərdən alınan qan nümunələrini araşdırıldığını, hələ ki, ölüm səbəbinin qəti olaraq donuz qripi olduğunu deyə bilməyəcəyini söyləyib.

Aktual.az musavat.com-a istinadən xəbər verir ki,Adanadakı Təhsil və Araşdırma Xəstəxanasına ötən həftə təcili yardımlar 45 xəstə yüksək temperatur şikayəti ilə daxil olub. İlk müayinədən sonra onlardan xəstələrdən 6-sı donuz qripi şübhəsi ilə xəstəxanada müalicəyə götürülüb. 

Donuz qripi şübhəsiylə müalicə edilən Türkiyə vətəndaşı 4 aylıq hamilə olan bir qadınla, 2 suriyalı şəxs keçən həftə həyatını itirib. Ölən 3 nəfərdən alınan nümunələr də baxılmaq üçün Ankaraya göndərilib. 

Aktual.az

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR