Dollar kreditləri indiki kursla ödəniləcək – Borclular üçün çıxış yolu nədir?

Dollar kreditləri indiki kursla ödəniləcək   – Borclular üçün çıxış yolu nədir?

Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov bu gün banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

O, qeyd edib ki, bu, maliyyə intizamının pozulmasına gətirə bilər. E.Rüstəmov bunla da dollar kreditlərinin əvvəlki məzənə ilə ödənilməcəyi ilə bağlı yayılan şayiələrə son qoydu.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev dollarla kredit borcu olan vətəndaşlar üçün bundan sonra hansı addımların atıla biləcəyini açıqlayıb. Onun sözlərinə görə, problem banklarla əhalinin arasında həll olunmalıdır: “Baş bankir məsələnin nöqtəsini qoyub. Məsələ banklarla əhali arasında müzakirə olunmalı və ortaq məxrəcə gəlinməlidir. Dollarla kredit olanlar üçün iki yol var;

1.Banklar kredit faizlərini aşağı salmaq
2.Dollarla krediti olanlar üçün müddəti uzatmaq.

Yalnız bu yolla dollarla krediti olanların vəziyyətini yüngülləşdirmək olar”.

Xəbər 823 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR