Diqqət: Uşaqlar ən çox dərmandan zəhərlənirlər

Diqqət: Uşaqlar ən çox dərmandan zəhərlənirlər

"İntihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu respublikanın baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə deyib.

Ötən illər ərzində də bu göstəricinin 3-4% olduğunu deyən baş toksikoloq əlavə edib ki, KTM-ə hər ay sirkə turşusundan zəhərlənmə ilə bağlı 5-7 nəfər müraciət edir. Bu il sirkə turşusundan cəmi 8 nəfər ölüb. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verən hadisələr nəticəsində olur.

A.Maqsudov əlavə edib ki, ümumilikdə il ərzində mərkəzə zəhərlənmə ilə bağlı 68 uşaq daxil olub. Onlardan 42 nəfəri dərmandan, qalanları isə dəm qazından zəhərləniblər. İlan sancması ilə bağlı isə 114 xəstə müraciət edib.

A.Maqsudov deyib ki, bu il ərzində KTM-ə dəm qazından zəhərlənmə ilə əlaqədar 454 nəfər müraciət edib ki, onların da 332-si xəstəxanaya yerləşdirilib. Mərkəzə yerləşdirilənlərin 10%-nin vəziyyəti ağır, 70%-nin orta-ağır, qalanların vəziyyəti isə yüngül olub.
Aktual.az
Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR