DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 17 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin də açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Xəbər 193 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR