Dərmanlara yeni nəzarət sistemi yaradılır

Dərmanlara yeni nəzarət sistemi yaradılır

Azərbaycanda milli farmakonəzarət sisteminin qurulması işlərinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, məlumat bazalarının və müvafiq farmakonəzarət proqramlarının yaradılmasına başlanılıb, müvəqqəti farmakonəzarət təlimatı təsdiqlənib.

Məlumatda bildirilir ki, hazırda farmakonəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa Birliyinin dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə milli qaydaların hazırlanması, GVP modullarının və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanılıb.

Bir çox ölkələrin farmakonəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulub. Hazırda bu sahədə Azərbaycan bir çox nüfuzlu qurum və təşkilatlarla beynəlxalq əməkdaşlıq edir.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR